Hemiltonla Bottas Çində problemlə qarşılaşıb
“Formula 1” üzrə beşqat dünya çempionu Lüis Hemilton bu gün Şanxayda start götürən Çin Qran-prisində problemlə üzləşib.
Sportline.az xəbər verir ki, Almaniyanın “Mercedes” komandasının 34 yaşlı britaniyalı pilotu ikinci sərbəst yürüş zamanı idarəetməni itirib. Nəticədə onun bolidi trasdan çıxaraq, əks istiqmətə çevrilib. Qəza nəticəsində Hemilton xəsarət almayıb. Yürüş zamanı “Mercedes”in digər pilotu Valtteri Bottas da oxşar problemlə üzləşib.
Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni İtaliyanın “Ferrari” komandasının piloti Sebastyan Fettel göstərib - 1.33,911. İkinci sərbəst yürüşdə isə Bottas 1.33,330 göstərici ilə birinci olub. Hemilton ilk sərbəst yürüşdə 2-ci, növbəti yürüşdə isə 4-cü nəticəyə imza atıb. Aprelin 13-də daha bir sərbəst yürüş və sırala turu olacaq. Bazar günü isə yarış baş tutacaq.