"Hər məğlubiyyət bir dərsdir"
"Hər məğlubiyyət bir dərsdir".
Sportline.az xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli şəxsi instaqram hesabında yazıb.
27 yaşlı hücumçu II Bundesliqanın XXX turunda doğma meydanda "Paderborn"a uduzduları matç haqqında fikirlərini bölüşüb:
"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq, mübarizə apardığımız üçün qürur duyuruq. Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".
Qeyd edək ki, "Nürnberq"in "Paderborn"a 2:3 hesabı ilə məğlub olduğu görüşdə komandanın qollarını Mahir Emreli vurub.