"Herta Berlin" klubunun prezidenti vəfat edib
"Herta Berlin" klubunun prezidenti Kay Bernstin vəfat edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 43 yaşlı klub prezidentinin vəfatı ilə bağlı klubun rəsmi səyfəsində paylaşım olunub.
"Herta Berlin" klubu :"Bu çətin gündə komanda olaraq hər birimiz yasdayıq. Xahiş edirik ki, hər kəsə normal yanaşasınız və etikadan kənara çıxmayasınız",-paylaşımı edib.
Qeyd edək ki, Kay Bernstinin hansı səbəbdən vəfat etdiyi bilinmir.