Hidayət Heydərov Olimpiya çempionudur

Cüdoçumuz Hidayət Heydərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda fransalı Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalına layiq görülüb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət Heydərov  mərhələdə Tohar Butbullu (İsrail), 1/4 finalda Artur Margelidou (Kanada), yarımfinalda isə Akil Qyakovu məğlub etmişdi.