Holanddan mükəmməl göstərici

"Mançester Siti"nin əsas qol silahı sayılan Erlinq Holand klub səviyyəsində keçirdiyi 100 oyunda mükəmməl göstəriciyə imza atıb.

Sportline.az xəbər verir ki, norveçli hücumçu "Borussiya" və "Mançester Siti" forması ilə çıxdığı oyunlarda 96 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

23 yaşlı futbolçu yalnız bu mövsüm Ingiltərə Premyer Liqasında 9 qol və 1 asistlə yadda qalıb. 

UEFA Çempionlar Liqasında isə "Yanq Boys" la son matçda dublla fərqlənən Holand qrup mərhələsinin ilk turunda "Srvena Zvezda" ilə görüşdə asist edib.

Xatırladaq ki, super forvard 2022-ci ilin yayında Dortmundu Mançesterə dəyişib.