Hoolandın son durumu açıqlandı

"Mançester Siti"nin hücumçusu Erlinq Hooland 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportline.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Xosep Qvardyola məlumat verib.

"Erlinqin bu müddətdə kənarda qalacağını həkimlər deyib. Ümid edirəm o, mövsümün sonunadək sıraya qayıdacaq", - deyə Qvardyola klubun rəsmi saytına açıqlamasında bildirib.

Qeyd edək ki, cari mövsümdə 40 oyuna çıxan norveçli futbolçu 30 qol və 4 asist müəllifidir.

Onun mançesterlilərlə 2034-cü ilədək müqaviləsi var.