Hummels "Real Sosiedad"a keçməkdən imtina edib

"Bavariya" və Dortmund "Borussiya"sının sabiq oyunçusu Mats Hummels "Real Sosiedad"a keçməkdən imtina edib.

Sportline.az xəbər verir ki, bu barədə nüfuzlu AS nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Borussia" Dortmunddan ayrıldıqdan sonra azad agent statusunda olan 35 yaşlı futbolçu San Sebastyan klubu ilə bir illik müqavilə imzalamağa yaxın olsa da, sonda ailə problemlərini əsas gətirərək bu transferdən imtina edib.

Daha əvvəl futbolçunun eyni səbəbdən "Bolonya" klubuna da transferi alınmayıb.

Qeyd edək ki, ötən mövsüm "Borussiya"nın heyətində 40 oyuna çıxan Hummels 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.