İbrahimoviç azarkeşlik etdiyi komandanı açıqladı

"Milan"ın sabiq forvardı Zlatan İbrahimoviç Formula 1 çempionatında azarkeşlik etdiyi komandanın adını açıqlayıb.

Sportline.az Mirror-a istinadla xəbər verir ki, futbol ulduzu "Ferrari"nin fanatı olduğunu bildirib.

O, Las Veqasda canlı izlədiyi Qran-Pridən sonra "Ferrari" mənim komandamdır" yazısı ilə gündəmə gəlib.

Qeyd edək ki, Zlatan sözügedən firmanın avtomobillərindən istifadə edir.