İbrahimoviç: “Holann yeni Zlatan ola bilməz”
“Milan”ın və İsveç millisini sabiq futbolçusu Zlatan İbrahimoviç Erlinq Holanın özü ilə müqayisə olunmasına münasibət bildirib.
Sportline.az “Sports İllustrated” nəşrinə istinadən xəbər verir ki, Zlatan İbrahimoviç Holann haqqında bu fikirləri səsləndirib;
“Ola bilsin, məsələ oxşar saç düzümündədir. Futbolçuları bir-biri ilə müqayisə etmək xoşuma gəlmir, çünki hər biri öz yolu ilə gedir və öz tarixini yazır. Mənim öz dövrüm olub, fərqli cür oynamışam. İndi isə Holandın dönəmidir, özünəməxsus tərzdə çıxış edir. Buna görə də “yeni Zlatan” ola bilməz. Mən işimi görmüşəm, amma karyeramı artıq başa vurmuşam. Holann möhtəşəm futbolçudur, o fantastik iş görür”, - deyə Zlatan bildirib.