İlin idmançısının adı açıqlandı

Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısının adı açıqlanıb.

Sportline.az xəbər verir ki, qalib BBC-nin apardığı səsverməyə əsasən bəlli olub.

Bu ada "Mercedes"in pilotu, "Formula 1" üzrə 7 qat dünya çempionu Lüis Hemilton layiq görülüb. İngiltərə milli futbol komandasının və "Liverpul"un futbolçusu Cordan Henderson ikinci, çapar Holli Doyl isə üçüncü olub.

İlin idmançısı seçilməsini özü üçün gözlənilməz sayan Hemilton ona səs verən hər kəsə təşəkkür edib.

Hemilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerə çatıb.