İlin klubu adına namizədlər açıqlandı

«Globe Soccer Awards»ın versiyasına əsasən ilin ən yaxşısı adına namizəd olan klublar açəqlanıb.

Sportline.az xəbər verir ki, namizədlərin adı sosial şəbəkə hesablarında yayımlanıb.

Qeyd edək ki, mükafatlandırma mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası tərəfindən dekabr ayında təşkil olunacaq. 

Son dəfə bu mükafata «Real Madrid» layiq görülmüşdü.

Səudiyyə Ərəbistanı: «Əl-Əhli», «Əl-Hilal», «Əl-Ittihad»

Ingiltərə: «Arsenal», «Mançester Siti», «Vest Hem Yunayted»

Ispaniya: «Barselona», «Sevilya»

Italiya: «Napoli», «Roma», «Inter»

Almaniya: «Bavariya», «Union»

Fransa: «PSJ»

Niderland: «Feyenoord»

Argentina: «Boka Xuniors»

Braziliya: «Fluminense»

Yaponiya: «Urava Red Diamonds»

Mərakeş: «Vidad»