İlk dəfə ölkə çempionu oldular

Qazaxıstanın "Ordabası" komandası ilkə imza atıb.

Sportline.az xəbər verir ki, komanda ölkə çempionatının 25-ci turunda Karaqanda "Şaxtyor"una 3:1 hesabıyla qalib gələrək tarixində ilk dəfə Qazaxıstan çempionu olub.

Onlar 58 xal toplayaraq sona 1 tur qalmış çempionluğu təmin ediblər.

"Ordabası"nın 4 kuboku olsa da, ölkə çempionluğu titulunu ilk dəfə qazanıb.