İlkay Gündoğan performansından narazıdır

"Barselona"nın təcrübəli futbolçusu İlkay Gündoğan keçmiş həyatını danışaraq hazırki performansından narazı olduğunu bildirib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Mançester Siti"dən "kataloniyalılar transfer olan futbolçu 22 yaşında belində yaranan problemə görə futbolçu karyerasını bitirmək istədiyini, lakin daha sonra toparlandığını deyib. 

İlkay Gündoğan "Mançester Siti"də indiki halımdan 5 dəfə daha yaxşı çıxış edirdim."Barselona"da özümü istədiyim kimi göstərməyi bacarmır. Keçmişdə yaşadığım problemin eynisi təkrarlanmağa başlayıb. Toparlanmaq üçün əlimdən gələni edəcəyəm",-deyib.

Qeyd edək ki, əslən Türk olan futbolçu "Barselona" forması ilə çıxdığı 20 oyunda 1 qol, 5 asistlə yadda qalıb.