İngiltərə klubları “Krasnodar”ın hücumçusu ilə maraqlanırlar

Premyer liqa klubları “Kristal Pelas” və “Notingem Forest” “Krasnodar”ın hücumçusu Con Kordobanın transferində maraqlıdır.

Sportline.az "Evening Standart" saytına istinadla xəbər verir ki,"Kristal Pelas" oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir. "Nottingem Forest"in də futbolçu üçün təklif göndərdiyi bildirilib. .

Qeyd edək ki,bu mövsüm “buğa”ların heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxan kolumbiyalı futbolçunun aktivində 11 qol ,2 məhsuldar ötürmə var.