"İnter Mayami" daha bir ulduzun transferinə hazırlaşır

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq Kevin de Brüyn karyerasını MLS-də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 33 yaşlı belçikalı "İnter Mayami"nin maraq dairəsindədir.

Bu haqda "Daily Mirror" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Devid Bekhemin sahibi olduğu klub ulduz futbolçunu heyətə qatmaq üçün hərəkətə keçib.

Amma mayamililər bunun üçün Səudiyyə Ərəbistanı klubları ilə rəqabətə girməlidirlər.

Kevin de Brüyn hazırda bir neçə ərəb klubunun transfer siyahısında yer alır. 

Qeyd edək ki, 2015-ci ildən "Mançester Siti"nin formasını geyinən Kevin de Brüyn aprelin 4-də komandadan ayrılacağını açıqlayıb.