"İnter Mayami" futbolçuları Messi ilə danışmaq üçün ispanca öyrənirlər
"İnter Mayami"nin futbolçuları Lionel Messi iləünsiyyət qurmaq üçün ispanca öyrənirlər.
Sportline.az "İnfobae"yə istinadla xəbər verir ki, komandanın hücumçusu Edison Azkona bildirib ki, Messinin ingiliscə danışdığını görməyiblər.
Ona görə də Messi ilə ünsiyyət rahat olsun deyə ABŞ klubunun futbolçuları ispan dilini öyrənirlər.
Qeyd edək ki, Messi "İnter Mayami"də 14 oyunda 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.