"Milan" qələbəni əldən verdi

İtaliya A Seriyasında 13-cü tur davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə əzəli rəqiblər - "Milan" və "İnter" üz-üzə gəlib. Gözlənildiyi kimi, gərgin mübarizə ilə yadda qalan oyunda "rossoneri" qələbəni son anda əldən verib.

20 noyabr 2016
A Seriya, 13-cü tur

"Milan" - "İnter" - 2:2
QOLLAR:
Suso, 42 (1:0); Kandreva, 53 (1:1); Suso, 58 (2:1); Perişiç, 90+4 (2:2)