"İnter"lə onunla yeni müqaviləyə hazırlaşır
"İnter" yaxın vaxtda forvardı ilə yeni müqavilə imzalaya bilər.
Sportline.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, bu, Milan təmsilçisinin ulduzu Lautaro Martinezdir.
26 yaşlı hücumçu yeni 5 illik müqavilə imzalamağa yaxındır. Anlaşamya görə hazırda 6 milyon avro qazanan futbolçunun məvacibi 8 milyon avroya qədər artacaq.
Qeyd edək ki, cari mövsüm fantastik çıxış edən Martinez 15 oyunda 14 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.