İqor Tudor rəsmən "Qalatasaray"da

İqor Tudorun "Qalatasaray"a keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Xəbərdə xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə imzaladığı bildirilib. Bu keçid üçün "sarı-qırmızılar" Tudorun sabiq komandası "Karabükspor"a 150 min avro təzminat ödəyib.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis“Karabükspor”a  ötən il PAOK-dan keçmişdi.