İranlı futbolçu "Mançester Yunayted"in hədəfində
"Mançester Yunayted" indidən qış transfer pəncərəsi üçün hazırlığa başlamaq istəyir.
Sportline.az "Teamtalk"a istinadla xəbər verir ki, "Qırmızı şeytanlar"ın hədəfi “Portu”nun forvardı Mehdi Taremidir.
31 yaşlı iranlı hücumçu qış transfer pəncərəsində Premyer Liqa klubuna keçə bilər. Erik ten Haqın xüsusilə bəyəndiyi Taremi üçün 10 milyon avro ayrılacaq. Danışıqlar müsbət yekunlaşsa, cari mövsüm 15 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Taremi İngiltərə klubuna keçəcək