İranlı futbolçu ölkəni tərk edə bilmir

Mahaçqalanın "Dinamo" klubunun iranlı futbolçusu Məhəmmədcavad Hüsseynnecad komandadan ayrı düşüb.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi hazırkı durumla əlaqədar ölkəsini tərk edə bilmir.

Bu haqda klubun baş direktoru Şamil Qazizov sport-express.ru-ya açıqlama verib.

Onun sözlərinə görə, futbolçunun tezliklə komandaya qoşulması qeyri-mümkündür.

Qeyd edək ki, İran-İsrail münaqişəsi ilə əlaqədar iyunun 13-dən etibarən İran səmasında bütün mülki avia-reyslər dayandırılıb.