İspaniya klubları makedoniyalı ilə maraqlanır

"Rayo Valyekano"nun şimali makedoniyalı qolkiperi Stole Dimitrievski İspaniya klublarının maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

O, bildirib ki, "Sevilya" və "Vilyarreal" 29 yaşlı qapıçını azad agent kimi heyətə qatmaq istəyir. Onun klubu ilə anlaşması gələn yaya qədərdir.