İspaniyada daha 5 il "Formula 1" yarışı keçiriləcək

"Formula 1" şirkəti İspaniya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, Barselona avtodromundakı yarış 2026-cı ilədək davam edəcək.

Təşkilatçılar 2022-ci ildəki turnirdən əvvəl trası və onun infrastrukturunu müasirləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.