İspaniyalı yarımmüdafiəçi "Eyüpspor"a trasnfer olub

"Sivasspor" klubunda çıxış edən ispaniyalı yarımmüdafiəçi Samu Sayz "Eyüpspor"a trasnfer olub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,32 yaşlı futbolçu karyerasını Türkiyə 1-ci liqasında davam etdirəcək. 

"Eyüpspor" klubunun Samu Sayzla 2,5 illik müqavilə imzaladığı bildirilib. 

Qeyd edək ki, Samu Sayz "Sivasspor" forması ilə çıxdığı 35 oyunda 9 qolla yadda qalıb.