İsrafilov üçün yeni baş məşqçi

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın  “Alkorkon” klubunun yeni baş məşqçisi məlum olub. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequnda təmsilçisini Fran Fernandes çalışdıracaq. 39 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Son olaraq “Almeriya”nı çalışdıran Fernandes yeni vəzifəsində Kristobal Parralyonu əvəz edib. 
 
Qeyd edək ki, "Alkorkon" ötən mövsümü 52 xalla 22 kollektiv arasında 14-cü pillədə başa vurub.