İsrail millisi "ev"ini Macarıstana köçürür

İsrail millisinin Avro-2024-ün seçmə mərhələsinin qalan iki ev oyunu Fələstinlə münaqişə səbəbindən təxirə salınmışdı.

Sprotline.az xəbər verir ki, oyunların Macarıstanda keçiriləcəyi məlum olub.

İsrail Futbol Federasiyası Macarıstandakı futbol qurumu ilə bu barədə razılıq əldə edib və daha sonra UEFA-ya məlumat verilib.

Qeyd edək ki, oyunların hansı arenada keçiriləcəyi yaxın vaxtlarda bəlli olacaq.