İsrail sükutla bağlı UEFA-ya müraciət etməyib
İsrail və Polşanın U-21 komandalarının 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunundan əvvəl bir dəqiqəlik sükutla bağlı UEFA-ya müraciət olunmayıb.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.
“Polşa və İsrail arasında U21 matçından öncə oyunçular birtərəfli qaydada 1 dəqiqəlik sükut edəcəklər. Amma bununla heç vaxt UEFA-ya rəsmi müraciət edilməyib. UEFA bu cür sorğulara ciddi yanaşır və buna görə də qiymətləndirmə prosesində ardıcıllığı təmin etmək üçün komandalardan rəsmi sorğu təqdim etməyi tələb edir”, - UEFA-nın mətbuat xidmətinin məlumatında qeyd edilib.
Qeyd edək ki, oyunda Polşanın gənclərdən ibarət komandası 2:1 hesablı qələbə qazanıb.