De Byazi sualları cavablandıracaq
AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan - İsveç oyunundan əvvəl mətbuat konfranslarının vaxtı müəyyənləşib.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 15-də, saat 14:45-də matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.
Həmin gün saat 18:00-da isə “Dalğa Arena”da Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxacaq. Yarım saat sonra millinin açıq məşqi olacaq.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlanacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç üçüncüdür.