İsveç millisinin Bakı planı

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İsveç seçməsinin səfər proqramı bəlli olub.

Sportline.az xəbər verir ki, skandinaviyalıları gətirən təyyarə bu gün, saat 23:25-də paytaxtımıza enəcək.

Komanda "Hilton" otelində məskunlaşacaq və qarşılaşmadan sonra İsveçə qayıdacaq.

Noyabrın 15-də, saat 14:45-də matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Qeyd edək ki, noyabrın 16-da olacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da başlanacaq.