İtaliya klubu "Fənərbağça"nın futbolçusu üçün təklif göndərəcək

İtaliya klubu "Fənərbağça"nın braziliyalı futbolçusu üçün təklif göndərəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fiorentina" 28 yaşlı braziliyalı müdafiəçi Rodriqo Beçaon heyətinə qatmaq istəyir.

İtaliya klubu futbolçu üçün "Fənərbağça"ya 10 milyon avro təklif edəcək.

Qeyd edək ki, Rodriqo Beçao da mövsüm sonunda "sarı-lacivərtlər"dən ayrılmaq istədiyini bildirib.