İtaliyadakı "Formula 1" yarışı ləğv edilib

Həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan Emiliya-Romanya Qran-prisi ləğv edilib.

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna hava şəraiti ilə bağlı daşqınların baş verməsi səbəb olub.

Qeyd edək ki, yarış 19-21 mayda baş tutmalı idi.