İtaliyalı yarımmüdafiəçi İstanbul klubundan ayrılıb
İtaliyalı yarımmüdafiəçi Stefano Straro İstanbul klubu ilə yollarını ayırıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fatih Karagümrük"də çıxış edən 30 yaşlı futbolçu qarşılıqlı olaraq komanda ilə ayrılıq qərarına gəldiklərini bildirib.
İstanbul klubu rəsmi səhifədə paylaşım edərək futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki,Stefano Straro çıxdığı 12 matçda 1 qolla yadda qalıb.