İnzagi: "Lautaro "Qızıl top"a layiqdir"

“Məncə, Lautaro qazandığı kuboklara görə “Qızıl top”a layiqdir. O, ilk 3-lükdə olmalıdır, amma onun qalib gələcəyini düşünmürəm”.

Sportline.az xəbər verir ki, "İnter"in baş məşqçisi Simone İnzaqi bu barədə İtaliya mətbuatına çıqlama verib.

Lautaro Martinez Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub, "İnter"lə İtaliya kuboku və ölkə Superkubokunu əldə edib.

O bu mövsüm "İnter"də 11 oyuna 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.