“Jelezniçar” – “Neftçi” oyunu estoniyalılara tapşırıldı
Konfrans Liqasının II təsnifat mərhələsinin “Jelezniçar” – “Neftçi” oyununun təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, UEFA Bosniya və Herseqovinadakı ilk görüşə estoniyalı hakimləri təyin edib.
İyulun 27-də Sarayevodakı “Qrbavitsa” stadionunda keçirilcək matçın baş hakimi Yuri Frişer olacaq. Ona həmyerliləri Veyko Mıtsnik və Sander Saqa kömək edəcəklər. Kevin Kayvoya isə dördüncü hakim vəzifəsini icra edəcək.
Qeyd edək ki, “Jelezniçar” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Avqustun 3-də isə komandalar “Bakcell Arena”da cavab qarşılaşmasına çıxacaqlar.