Jiru 15 yaşlı futbolçunun önünü açır
Olivie Jiru "Milan"ın 15 yaşlı hücumçusu Françesko Kamardaya yaşıl işıq yandırır.
Sportline.az "Tuttorsport"a istinadla xəbər verir ki, baş məşqçi Pioli cəzalı duruma düşən futbolçunun yerinə "Milan"ın gənclər komandasında çıxış edən Kamardanı əsas heyətə çağıra bilər.
Yeniyetmə futbolçunun mart ayında 15 yaşı tamam olub. Cari mövsüm o, "qırmızı-qaralar"ın gənclərdən ibarət komandasında 12 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.