Jiru Avropa futboluna qayıda bilər

"Los Anceles"in fransalı forvardı Olivye Jiru karyerasını ölkəsində davam etdirə bilər.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Lill" Jirunu heyətinə qatmağı planlaşdırır.

38 yaşlı futbolçunun "Los Anceles"lə müqaviləsi bu ilin dekabr ayının 31-nə qədərdir.

Qeyd edək ki, Jiru bu mövsüm çıxış etdiyi 18 matçda 3 qol 2 asistlə yadda qalıb.