Joao Feliş futbol tarixinin ən bahalı 4-cü futbolçusu oldu

“Benfika” klubundan “Atletiko”ya keçən Joau Felişin yeni komandasında formasının nömrəsi müəyyənləşib.

Sportline.az xəbər verir ki, o, klubdan ayrılacağı bildirilən Antuan Qrizmannın əvəzinə 7 nömrəli forma ilə mübarizə aparacaq.

Xatırladaq ki, Felişin keçidinə görə madridlilər “Benfika”ya 126 milyon avro ödəyiblər. Bununla da 19 yaşlı portuqaliyalı futbol tarixinin ən dəyərli 4-cü futbolçusu olub. O, eyni zamanda Kriştiano Ronaldonu qabaqlayaraq Portuqaliyanın ən baha oyunçusuna çevrilib.