Joao Mario "Beşiktaş"ı tərk edir

"Beşiktaş" klubunun oyunçusu Joao Mario karyerasını başqa bir ölkədə davam etdirməyi planlaşdıra bilər.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından olan "Əl-Şabab" komandası bu yay portuqaliyalı futbolçunu heyətinə qatmağa hazırlaşır.

Bu komandanın baş məşqçisi Fatih Terim Joao Marionu öz komandasında görmək istədiyini klub rəhbərliyinə çatdırıb.

Portuqaliya yığmasının oyunçusu 2027-ci il, iyunun 30-na qədər "Beşiktaş"la müqaviləyə malikdir.

O, daha əvvəl "Sportinq", "İnter", "Vest Hem", Moskvanın "Lokomotiv"i və "Benfika" kimi klubların formasını geyinib.