Jorje Jezuş: "Səhvsiz irəliləyirik"
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun portuqaliyalı baş məşqçisi Jorje Jezuş gedişatla bağlı danışıb.
Sprotline.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis komandasının səhvsiz irəlilədiyini bildirib.
"Səhvsiz irəliləyirik. Ulduzlarla zəngin olan liqada liderik. Bu, asan deyil. Bizə güvənən hər kəs üçün meydana çıxırıq. Sonadək mübarizə aparırıq" - deyə Jezuş bildirib.
Qeyd edək ki, Səudiyyə liqasının lideri "Əl-Hilal" məğlubiyyətsiz irəliləyir.