Jota "Liverpul"u tərk edir
"Liverpul"un 50 milyon funt sterlinqlik transfer haqqı tələb etdiyi Dioqo Jota ilə maraqlanan klublar məlum olub.
Sportline.az "Empire of the Kop" nəşrinə istinadən xəbər verir ki,"Aston Villa", "Nyukasl Yunayted" və "Vulverhempton" Jotanı transfer etmək istəyən klubların siyahısında yer alır.
Qeyd edək ki, 28 yaşlı portuqaliyalı forvard (vinger) bu mövsüm "Liverpul"la 20 Premyer Liqa matçına çıxıb: 6 qol vurub, 3 qolun isə ötürməsini edib.