Juninyo ABŞ-yə yollana bilməyəcək

“Flamenqo”nun “Qarabağ”dan transfer etdiyi Juninyo Olavio tibbi müayinədən keçib.

Sportline.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 28 yaşlı hücumçu viza problemləri səbəbindən komandanın ABŞ-dakı təlim-məşq toplanışına qatıla bilməyəcək.

O, komanda Braziliyaya qayıtdıqdan sonra düşərgəyə qoşulacaq. 

Debütün isə yanvarın 25-də “Carioca - Taca Guanabara” turnirində “Volta Redonda”ya qarşı oyunda reallaşacağı gözlənilir. 

Qeyd edək ki, “Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. Juninyo yeni komandası ilə 3 illik müqavilə bağlayacaq.