Kadinin son durumu bilindi

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Zirə” ilə oyununda (1:0) zədələnərək meydanı vaxtından əvvəl tərk edən “Qarabağ”ın legioneri Kadi Borgesin durumuna aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, braziliyalının zədəsi ciddi deyil.

Braziliyalı futbolçu bu gün məşqlərə qoşulacaq.

Onun Premyer Liqanın 30-cu turunun “Səbail”lə görüşündə meydana çıxacağı gözlənilir.