Kapitan gəmini tərk etmədi

"Liverpul" kapitanı Vircil Van Deyklə yola davam edəcək.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vircil Van Deyk "Liverpul"la 2 illik müqavilə imzalayayıb.

Niderlandlı futbolçu Mersisayd klubunda xoşbəxt olduğunu açıqlayıb.

Qeyd edək ki, Van Deyk 2018-ci ilin yanvar ayında "Sounthempton"dan "Liverpul"a 84.6 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.