Kapitan komanda yoldaşına dəstək oldu
"Nitsa"nın futbolçusu Yussuf Atalın "yəhudilər üçün qara gün" paylaşımına görə təzyiqə məruz qalması barədə xəbər vermişdik.
Sporetline.az "RMC Sport"a istinadla xəbər verir ki, komandanın kapitanı Dante komanda yoldaşına dəstək olub.
“Yussuf səhv etdiyini bilir. Mən onu beş ildir ki, tanıyıram və heç vaxt onu bu qədər kədərli və bərbad görməmişdim. Onun uşaqlarımla necə davrandığını və başqaları ilə münasibətlərini görürəm. Mən əminəm ki, o, dünyada sülhü istəyir. Hazırda o, həqiqətən də bu hadisədən çox məyus olub" - deyə Dante "RMC Sport"a danışıb.