Karateçilər Naxçıvanda imtahan veriblər
Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 87 karateçinin iştirakı ilə kəmər imtahanı keçirilib.
Sportline.az Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kihon, kata və kumite qaydalarında bacarıqları qiymətləndirilən idmançılar müvafiq kəməri təsdiq edən diplomla təltif ediliblər.
İmtahan AKF-nin baş katibi Qabil Sayadov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi və məşqçi Nəriman Quliyevdən təşkil olunmuş komissiya tərəfindən götürülüb.
AKF, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Qapıçıq” Karate-do İdman Klubunun birgə təşkilatçılığı ilə gerçəkləşən kəmər imtahanı idmançıların ustalıq səviyyəsinin yoxlanılması və yeni təcrübələrin aşılanmasına xidmət edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mütəxəssislər məşqçi sertifikatı almaq üçün ayrıca imtahan veriblər.