İdmançılarımız bir yarışda 177 medal qazanıblar
Azərbaycan karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutublar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, təmsilçilərimiz 177 medal (42 qızıl, 49 gümüş, 86 bürünc) əldə ediblər.
İdmançılar həm fərdi, həm də komanda şəklində uğurlu çıxış ediblər.
Qazaxıstan (11 qızıl, 4 gümüş, 8 bürünc) ikinci, Türkiyə (8 qızıl, 8 gümüş, 7 bürünc) üçüncü olub.
Qeyd edək ki, yarış Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığı ilə reallaşıb. Turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.