Karateçimiz qızıl medal qazanıb

16-18 yaşlı gənclərdən ibarət Azərbaycan seçməsinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin qızıl medalını qazanıb.

Sportline.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yarışı qələbə ilə başa vurub.

Ondan əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülüb.

Qeyd edək ki, Karate1 Youth League turniri fevralın 26-da başa çatacaq.