Karlo Ançelotti gənc futbolçu ilə görüşüb
"Real Madrid" kulubunun baş məşqçisi Karlo Ançelotti braziliyalı gənc futbolçu Felipe Endriklə görüşüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Palmeras" klubuna məxsus 17 yaşlı gənc hücümçu ilə şəxsi razılıq əldə olunub və Endrikin mövsüm sonunda "kral" klubuna keçidi təsdiqlənib.
Komandanın baş məşqçisi Karlo Ançelotti futbolçu ilə görüş zamanı "Real Madrid"də olmanın dadını çıxarmasını deyib. Felipe Endrik İspaniya kulubunda olmaqdan qürur duyduğunu və xəyalının gerçəkləşdiyini deyib.
Qeyd edək ki, Felipe Enrdik "Plameras" klubnda 45 milyon avro qarşılığında transfer olunacaq.