Karlos Saynz “Ferrari”dən ayrılacağını açıqlayıb
Hamiltonun "Mersedes"dən "Ferrari"yə keçməsi Karlos Sainzin komandadan ayrılmasına səbəb olub.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, təcrübəli sürücü açıqlmasında :"Uzun illərdiir ki, Ferrarinin sükanı arxasındayam. Amma üzülərəm bildirmək istəyirəm ki, bu mənim "Ferrari" komandası ilə son mövsümümdür",-deyib.
Karlos Sainz 2021-ci ildə "MakLaren"dən "Ferrari"yə keçmişdi.
Qeyd edək ki, təcrübəli sürücü 2024-cü ilin yekununda komandadan ayrılacağını və Mart ayında Bəhreyndə keçiriləcək Qrand Priksin qalibi olçayağa çalışacağını bildirib.