"Karyeramda ən yaxşı qollardan biridir"
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın 2023/24 mövsümünün 9-cu turunun matçında "Darmştadt"a (8:0) meydanın ortasından vurduğu qolla bağlı təəssüratlarını bölüşüb.
Sportline.az xəbər verir ki, Keyn bu görüşdə het-trik edib.
“Bu, yəqin ki, karyeramın ən yaxşı qollarından biridir. Gözümün ucu ilə qapıçının qəribə vəziyyətdə olduğunu gördüm. Top havada olanda sadəcə dua edirdim ki, dirəkdən aşağı düşsün. Belə də oldu. Mükəmməl qol oldu”, - deyə “Bavariya”nın futbolçusu bildirib.